Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

17:13 - 7 İyul 2019 - Xəbər

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması il bağlı “İnstagram” səhifəsində Azərbaycan xalqını təbrik edib.

“Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!”

Xəbər xətti