Neftçalada ağır qəza: ölən və yaralananlar var

16:30 - 7 İyul 2019 - HADİSƏ

Neftçalada ağır yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobilin idarəetməni itirərək aşması nəticəsində Salyan rayon sakini, 1966-cı il təvəllüdlü Hüseynova Əminə Davur qızı hadisə yerində ölüb. Salyan sakinləri - 1976-cı il təvəllüdlü Məmmədov Samir Şəmsəddin oğlu və 1964-cü il təvəllüdlü Hüseynov Eldəniz Fərman oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alan şəxslər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti