Gürcüstanda ağır qəza: 3 erməni öldü, 5 nəfər yaralandı

12:18 - 7 İyul 2019 - DÜNYA

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi Ermənistan vətəndaşlarının ölümünə səbəb olub.

RİA Novosti xəbər verir ki, qəza Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 100-cü kilometrində baş verib.
Bildirilir ki, “Mercedes” markalı avtomobil maneəyə çırpıldıqdan sonra alışıb.
Nəticədə 3 nəfər Ermənistan vətəndaşı ölüb, 5 nəfər yaralanıb./oxu.az

Xəbər xətti