Saatlıda yeniyetməni maşın vurdu

10:07 - 7 İyul 2019 - HADİSƏ

Saatlıda avtomobil 15 yaşlı piyadanı vurub. 

Hadisə ötən gün axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.  Belə ki, Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Mehdizadə İbrahim Famil oğlu  yolu keçmək istəyən zaman, onu “Mercedes” markalı avtomobil vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan yeniyetmə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti