Rusiyada azərbaycanlıların olduğu mikroavtobus dərəyə yuvarlandı: yaralılar var

16:42 - 6 İyul 2019 - DÜNYA

Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda içərisində Azərbaycan vətəndaşlarının olduğu “Mercedes-Benz Sprinter” markalı mikroavtobus dərəyə yuvarlanıb. 

TASS agentliyi xəbər verir ki, hadisə zamanı avtobusda olan 12 nəfərdən 10-u xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Məlumatlara görə, avtobus Moskvadan Rostov-na-Don istiqamətində hərəkət edirmiş.

Qəzaya mikroavtobusun ön təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb göstərilib. Avtobusda olan şəxslərin hamısı Azərbaycan vətəndaşlarıdır./oxu.az

Xəbər xətti