Bakıda mağazadan geyim əşyaları oğurlayan şəxslər saxlanıldı

11:20 - 6 İyul 2019 - HADİSƏ

İyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır./trend

Xəbər xətti