Kürdəmirdə avtomobil aşıb, 4 nəfər xəsarət alıb

20:22 - 5 İyul 2019 - HADİSƏ

Kürdəmir rayonunda yol qəzası baş verib.  Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə ikisi uşaq olmaqla bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır. /report

Xəbər xətti