Hacıqabulda "Aska" ləqəbli kriminal avtoritet saxlanılıb

15:23 - 5 İyul 2019 - HADİSƏ

Hacıqabul rayonunda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi, ev 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Asəf Adil oğlu Sevdimaliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir./report

Xəbər xətti