Ucarda 3 yaşlı körpənin üzərinə qaynar su dağılıb

14:12 - 5 İyul 2019 - HADİSƏ

Ucar rayonunda üç yaşlı körpənin üzərinə qaynar su dağılıb.

Hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.
Belə ki, 2016-cı il təvəllüdlü Dəniz Roman qızı Məmmədlinin ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb.
Nəticədə körpə qız qarının ön divarının termiki yanığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti