Gəlin əri və onun valideynləri tərəfindən döyüldü

13:39 - 5 İyul 2019 - HADİSƏ

Daşkəsəndə qadın əri və onun qohumları tərəfindən döyülüb. 

Rayonun Zəylik kənd sakini, 1996-cı il təvəllüdlü R. Ə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qadının sözlərinə görə, o, ailə münaqişəsi zəminində əri, qayınatası və qayınanası tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti