Bakıda oğurluq edən qadın tutuldu

13:35 - 5 İyul 2019 - HADİSƏ

Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

 Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini olan bir qadının çantasından 438 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan T.Bədəlova saxlanılıb.

Saxlanılan şəxs polisə ifadəsində törətdiyi əmli etiraf edib.

Faktla bağlı araşdırma aparılır./olke.az

 

Xəbər xətti