Bakıda “Priora” yaşlı qadını belə vurdu- VİDEO

12:54 - 5 İyul 2019 - HADİSƏ

Sürücü qadını son anda görür və avtomobili sağa çəkir, amma gec olur

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Paytaxtın Neftçilər prospektində piyada keçidi olmayan yerdə yaşlı qadın yolu keçməyə çalışır. O, yolun tən ortasına qədər gələrək dayanır. Bu zaman “Lada-Priora” markalı avtomobil onu vurur.

Sürücü qadını son anda görür və avtomobili sağa çəkir. Həm sutkanın qaranlıq vaxtı, həm də yolun görünmə məhudluğu olduğu üçün piyada vurulur.

Videoya diqqətlə baxdıqda sürücünün piyadanı qəsdən vurduğu mənzərəsi ortaya çıxır. Üzərində taksi nişanı olan avtomobilin sürücüsü ya qadını qəsdən vurur, ya da başı telefona qarışmışdı. Əks halda, ayırıcı zolağın üzərində dayanan qadını niyə vursun?

Xəbər xətti