Xudatda taksi sürücüsünün boğazını kəsdilər

12:10 - 5 İyul 2019 - HADİSƏ

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 36 yaşlı Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Onun boğaz və sinə nahiyəsinə beş bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./oxu.az

Xəbər xətti