Bakıda iki avtomobil toqquşub

07:34 - 5 İyul 2019 - HADİSƏ

Gecə saatlarında paytaxtın Nizami rayonunda, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində olub. Prospektlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü anidən idarəetməni itirib. Nəticədə “Mercedes” qarşısında hərəkətdə olan, qadın sürücünün idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən “Hyundai” markalı avtomobilin təkəri yerindən çıxıb və maşın aşıb. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə təcili tibbi yardım briqadası və yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti