"Qarabağ"ın legioneri ən çox turun oyunçusu seçilən futbolçu olub

16:05 - 4 İyul 2019 - İDMAN

Peşəkar Futbol Liqası ötən mövsüm Premyer Liqada ən çox turun oyunçusu seçilən futbolçunun adını açıqlayıb.


“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Mərakeş əsilli fransalı cinah oyunçusu mövsüm ərzində 4 dəfə həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, seçim “InStat Sport”un təhlili əsasında aparılıb. 

Xəbər xətti