Gürcüstan vətəndaşı Bakıda həyat yoldaşını xüsusi amansızlıqla döydü

15:39 - 4 İyul 2019 - HADİSƏ

Bakıda ər arvadını döyüb.

Hadisə paytaxtın Xətai rayonu, Sarayev küçəsi ev 8, mənzil 98-də baş verib.

Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Məhərrəmova Məhluqə Məzahir qızı polisə müraciət edərək bildirib ki, iyulun 4-də gecə saat 05 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Hacıyev Eldar Eldəniz oğlu tərəfindən təzyiqlərə məruz qalaraq xüsusi amansızlıqla döyülüb.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti