Bakıda kafedə oğurluq edən Qobustan sakini tutulub

15:25 - 4 İyul 2019 - HADİSƏ

Bakıda kafedə oğurluq edən Qobustan sakini tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də 28 May qəsəbəsi ərazisindəki kafelərin birində qəsəbə sakini B.Rəhimovun 40 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini Ş.Ağayev saxlanılıb./trend

Xəbər xətti