Bakıda 60 yaşlı atasını bıçaqlayan oğul saxlanıldı

14:44 - 4 İyul 2019 - HADİSƏ

Bakıda ata oğlu tərəfindən bıçaqlanıb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu iyulun 4-də gecə saat 01 radələrində yaşadığı evdə bıçaqlanıb.

Yaralı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Haqverdiyevin öz oğlu, 1985-ci il təvəllüdlü Haqverdiyev Cavid Mübariz oğlu tərəfindən bıçaqlandığı məlum olub. C.Haqverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır./trend

 

Xəbər xətti