Bakıda 5 yaşlı uşağı avtomobil vurub

08:31 - 4 İyul 2019 - HADİSƏ

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.

Mərdəkan qəsəbəsi, 28 may küçəsində 2015-ci il təvəllüdlü Həsənli Uğur Dəyanət oğlunu “VAZ 2107” markalı avtomobil vurub.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. O, əməliyyt olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Xəbər xətti