Azərbaycan MDB ölkələri arasında 5-cidir - ixrac həcminə görə

Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci, idxal həcminə görə 6-cı yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, 2019-cu ilin birinci rübündə Azərbaycan 4,5 milyard dollar məbləğində məhsul ixrac edib. İdxal məbləği isə 3,1 milyard dollara bərabər olub.

Azərbaycandan başqa yalnız iki ölkədə ticarət saldosu müsbət olub. Rusiya 104,4 milyard dollar məbləğində ixrac, 56 milyard dollar dəyərində idxal edib. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 13,3 milyard dollar və 7 milyard dollar təşkil edib.

Bundan başqa Belarus, Özbəkistan və Ukraynanın da adları idxal həcminə görə ön sıralarda yer alıb.

Tarix
4 İyul 2019 [08:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-04 08:18:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin