"Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandası Avstriyada təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. 

Ölkə çempionu Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hər iki qolu Azərbaycan millisinin üzvü Mahir Emreli vurub. 22 yaşlı hücumçu 42 və 52-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda digər yoxlama oyunlarında “Ludoqorets”ə (Bolqarıstan) uduzub (0:2), “Krayova” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Ufa”ya (Rusiya) isə qalib gəlib (2:1).

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" komandası ilə üz-üzə gələcək. İlk matç iyulun 10-da səfərdə, cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq. /report

Tarix
2 İyul 2019 [21:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-02 21:38:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin