Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq

Bu ilin oktyabr ayının 1-dən Azərbaycanda əhalinin siyahıyaalınması başlayacaq.

Bunu Trend-ə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. T.Budaqov bildirib ki, əhalinin siyahıyaalınması üçün zəruri hazırlıq işləri aparılır. O qeyd edib ki, siyahıyaalınma prosesi 10 gün davam edəcək: “Əhalinin siyahıyaalınmasının nəticələrinin proqram təminatına daxil edilməsi, yekun olaraq məcmuələrin nəşr edilməsi 2022-ci ilin iyul ayına qədər davam edəcək”.

Komitə sədri bildirib ki, müntəzəm olaraq 10 ildən bir əhalinin siyahıyaalınması keçirilir. Qeyd edək ki, əhalinin siyahıyaalınması Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq həyata keçirilir.

Tarix
2 İyul 2019 [18:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-07-02 18:13:25
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin