İcra Hakimiyyətindən maşınla bağlı - Açıqlama

11:01 - 1 İyul 2019 - HADİSƏ

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədovun 250 minlik xidməti maşın alması ilə bağlı xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı  elan olunan tenderdə “Mercedes Benz S 350” markalı maşının alınması nəzərdə tutulub. “Qafqazinfo” məsələ ilə bağlı  icra hakimiyyətinin mühasibi Kazım Zamonovla əlaqə saxlayıb. O bildirib ki, dövlət büdcəsindən xidməti avtomobil alınması üçün 50-55 min manat vəsait nəzərdə tutulub: “Ola bilər ki, biz 45 minlik də maşın ala bilərik. Bu təbii ki, işlənmiş maşın olacaq.  Saytlarda yazıldığı kimi, 250 minlik maşın deyil. Qanunla icra hakimiyyətinin balansında 5 xidməti avtomobil olmalıdır. Bizim hazırda 3 xidməti avtomobilimiz var. Başçının birinci müavininin xidməti avtomobili yoxdur. İndi tender vasitəsilə başçıya maşın alanda, A. Məmmədovun hazırkı avtomobili birinci müavininə veriləcək”.

Xəbər xətti