Gürcüstanda ağır yol qəzası olub- 3 Azərbaycan vətəndaşı ölüb

13:08 - 30 İyun 2019 - HADİSƏ

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib. Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.
Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

Xəbər xətti