Azərbaycanda 15 yaşlı yeniyetməni at belində ildırım vurdu - FOTO

11:48 - 30 İyun 2019 - HADİSƏ

Ağstafa rayonunda 15 yaşlı yeniyetməni ildırım vurub. 

Hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. Tovuz rayon Aşağı Quşcu kənd sakini Süleymanov Roman Elman oğlunu ildırım vuraraq öldürüb.

İlkin məlumatlara görə, hadisə zamanı Roman Süleymanov at belində olub. Yeniyetmənin bədəninin müəyyən hissəsinin yandığı deyilir. Hadisənin ferma yaxınlığında olduğu bildirilib. Mərhum evin tək oğlu olub.

Hadisə yerinə polis və prokurorluq rəsmiləri gəlib. Hadisə araşdırılır. /baku.ws


Xəbər xətti