Bakıda 23 yaşlı ana övladı ilə birlikdə itkin düşüb

10:22 - 29 İyun 2019 - HADİSƏ

Bakıda ana və övladı itkin düşüb. Nizami rayon sakini Məzahir Ağayev rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1996-cı il təvəllüdlü Xırdaxanım Əlizadə azyaşlı qızı Zəhra Ağayeva ilə birlikdə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.  /Apa

Xəbər xətti