Bakıda 1 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb

08:48 - 29 İyun 2019 - HADİSƏ

Xəzər rayonunda bədbəxt hadisə zamanı körpə yaralanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Zirə qəsəbəsində 2018-ci il təvəllüdlü Esmira Əliyeva yaşadığı binanın ikinci mərtəbəsində valideyn nəzarətindən kənar pəncərəyə yaxınlaşıb.

Körpə pəncərədən aşağı yıxılaraq ağır xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.

Xəbər xətti