Mingəçevirdə bazarda dava: xəsarət alan var

19:41 - 28 İyun 2019 - HADİSƏ

Mingəçevirdə bazarda dava düşüb. Hadisə bazarda yerləşən ticarət mərkəzlərindən birində baş verib. Mağaza sahibi ilə qadın müştəri arasında başlanan mübahisəyə qadının qohumu müdaxilə edib. Nəticədə dava düşüb. Xəsarət alan qadının qohumu, 1974-cü il təvəllüdlü Rafiq Salmanov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /Apa

Xəbər xətti