Türkiyədə kimyəvi maddələr anbarında partlayış olub

06:19 - 28 İyun 2019 - DÜNYA

Türkiyənin Tekirdağ vilayətində tekstil fabrikinin kimyəvi maddələr anbarında partlayış olub. Trend-in məlumatına görə, polis əməkdaşları vətəndaşları evlərini tərk etməyə çağırıblar. Məlumatda bildirilir ki, Ergene ərazisində 20 ton tutumlu kimyəvi maddələr anbarında partlayış baş verib. REKLAM adviad.com Daha ətraflı Partlayışdan sonra kimyəvi maddələr yayılmağa başlayıb. Hadisə yerinə Milli Təcili Xilasetmə qrupu, polis əməkdaşları və təcili tibb yardım briqadaları gəlib.

Xəbər xətti