PSJ Neymarın “Barselona”ya keçidinə razı olmadı

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandası braziliyalı Neymarın İspaniyanın “Barselona” klubuna transferinə razılıq verməyib.

Bu barədə “Gazeta.ru” “Le Parisien” nəşrinə istinadla xəbər verir. Mənbənin verdiyi məlumata əsasən, PSJ Kataloniya komandası ilə danışıqlar aparmaqdan imtina edib. Lakin 27 yaşlı futbolçunun özü iyulun 7-də Fransa klubunu tərk edəcəyini elan etmək fikrindədir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında rekord qiymətə - 222 milyon avroya “Barselona”dan keçib. Onun Fransa komandası ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında bitir. Neymar PSJ-nin tərkibində bütün turnirlərdə keçirdiyi 58 oyun zamanı 51 qol vurub və 29 məhsuldar ötürmə edib.

Tarix
27 İyun 2019 [10:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-27 10:47:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin