2 milyonluq saatı oğurlanan Saleh Məmmədovun oğludur?

Jurnalist Cavanşir Həsənli İspaniyada 2,2 milyonluq saatı oğurlanan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədli olduğu haqda məlumat yayıb.

 “Qafqazinfo” yayılan məlumatları dəqiqləşdirmək üçün AAYDA-ya müraciət edib. Agentlikdən saytımıza bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur: “Onu yayanlar hardan bildilər ki, bu şəxs Sübhan Məmmədlidir? Tamamilə yalandır, belə bir şey yoxdur, cəfəngiyatdır”.

Xatırladaq ki, “Daily Mail”in yaydığı məlumata görə, 22 yaşlı azərbaycanlı gənc İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və ona bir-iki zərbə də vurub. Oğurlanan “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.

Tarix
27 İyun 2019 [10:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-27 10:42:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin