Bu gün Milli Məclisin plenar iclası keçiriləcək

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 49 məsələ daxildir. İclasda əvvəlcə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" (birinci oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" (birinci oxunuş) qanun layihələrinə baxılacaq.

Gündəliyə "Məhkəmələr və hakimlər haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, o cümlədən Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Miqrasiya, Vergi və Su məcəllələrinə dəyişiklik layihələri də daxildir.

Deputatlar "Lombardlar haqqında" qanun layihəsini də (birinci oxunuş) müzakirə edəcəklər.

Plenar iclasın davamı iyunun 28-də keçiriləcək./report

Tarix
27 İyun 2019 [10:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-27 10:39:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin