ABŞ-da “Müsəlmanlar üçün viza qadağası”na etiraz aksiyası keçirilib

07:19 - 27 İyun 2019 - Xəbər

Amerika-İslam Əlaqələr Şurası (CAIR) ABŞ Konqresinin qarşısında Ali Məhkəmənin ABŞ prezidenti Tramp tərəfindən irəli sürülmüş "Müsəlmanlar üçün viza qadağası”  qərarının Ali Məhkəmə tərəfindən təsdiqlənməsinin 1-ci ilində etiraz aksiyası keçirib. Aksiyada CAIR rəhbərləri və Konqresin ilk müsəlman qadın üzvü İlhan Ömər də iştirak edib. CAIR-in Əlaqələr Direktoru İbrahim Hooper çıxış edərək bildirib ki, Ali Məhkəmə bu qərarı ləğv etməyənədək mübarizə davam edəcək. İlhan Ömər isə qeyd edib ki, Tramp islamofobiya istiqamətində bir çox addımlar atdıb: “Hələ seçkilər ərəfəsində Tramp müsəlmanların ABŞ-a girişinin tam qadağan edəcəyini vəd vermişdi”. Qeyd edək ki, Tramın sözügedən qərarı Ali Məhkəmə tərəfindən 2018-ci il, iyunun 26-da 4/5 səslə təsdiqlənmişdi. (APA)

Xəbər xətti