ABŞ-da "Boeing 737 MAX"da yeni potensial təhlükə tapılıb

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi "Boeing 737 MAX"da yeni "potensial risk" aşkarlayıb. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, şirkətə çatışmazlığı aradan qaldırmaq göstərişi verilib.

"Ən son məsələlərə gəlincə, Mülki Aviasiya Federal İdarəsinin keçirdiyi proses potensial problemlərin üzə çıxarılmasına yönəldilib. İdarə bu günlərdə potensial risk amilini aşkarlayıb, hansı ki, "Boeing" aradan qaldırmalıdır", - deyə müsahiblərdən biri agentliyə bildirib.

O, həmçinin qeyd edib ki, idarə "737 MAX" üçün yeni proqram təminatının yoxlanılması prosesinə olduqca diqqətlə yanaşır. Hələlik "Boeing 737 MAX"ın uçuşlara qayıdışının tarixi məlum deyil. İdarə təyyarələrin bu modellərinin uçuşlarına qadağanı onları təhlükəsiz hesab edəcəyi halda ləğv edəcək.

Tarix
27 İyun 2019 [06:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-27 06:54:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin