Tramp: "İranla müharibənin olmayacağına ümid edirəm"

ABŞ prezidenti Donald Tramp növbəti dəfə İranla müharibənin başlayıb-başlamayacağı barədə danışıb.

Bu barədə "Report" "Fox Business"ə istinadən xəbər verir. Ağ Ev rəhbəri bildirib ki, o, ABŞ-la İran arasında müharibənin olmayacağına ümid edir.

Dövlət başçısı həmçinin əlavə edib ki, iki ölkənin hərbi münaqişəsi "uzun müddət davam etməyəcək". Tramp vurğulayıb ki, ABŞ İrana hərbi kontingenti göndərməyə başlamazdı. Lakin Ağ Ev rəhbəri bu vəziyyəti şərtləndirən səbəblər barədə danışmayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ konqresmenləri Ro Hanna və Mett Qets Amerika lideri Donald Trampa İrana qarşı hərbi əməliyyat aparmağı qadağan etmək təklifi ilə çıxışı edib.

Tarix
26 İyun 2019 [19:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-26 19:22:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin