26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılanıb.