“Yuventus” Buffonu geri qaytarır

Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda "Yuventus"a keçəcək.

Bu barədə jurnalist Fabritsio Romano öz "Twitter" səhifəsində məlumat verib. “Buffon "Yuventus"a qayıtmağa hazırdır! O, gələn mövsüm Şesninin əvəzedicisi olacaq. Cici tezliklə müqavilə imzalayacaq", — deyə Romano yazıb.

41 yaşlı Buffon “Yuventus"a pulsuz başa gələcək, çünki onun PSJ ilə müqaviləsi cari ilin 30 iyun tarixində bitir.
Buffon ötən mövsüm PSJ-də 25 oyun keçirib və 25 qol buraxıb. O, mövsümün sonunda Fransa çempionu olub./report

Tarix
26 İyun 2019 [10:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-26 10:04:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin