Bakıda 5 nəfər dönərdən zəhərləndi

22:09 - 25 İyun 2019 - HADİSƏ

Bakıda 5 nəfər dönərdən zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospekti 65 ünvanında yerləşən dönərxanada baş verib. Bildirilib ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi təcili tibbi yardım xidmətinə müraciət edib.

Onlardan ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var. Zəhərlənən şəxslərdən ikisi 3 saylı Sabunçu Xəstəxanasına, üçü isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda onların müalicələri davam edir.

Xəbər xətti