Ermənilərin qorxulu yuxusu: Şəhid Qabil Şirvanov haqqında FİLM- VİDEO

İnsan sonradan qəhrəman olmur, qəhrəman olaraq doğulur. Bu şəxslər üçün ümumi maraqlar hər zaman şəxsi mənafedən yüksəkdə olur. Odur ki, müqəddəs amal uğrunda canlarını fəda etməkdən belə çəkinmirlər. Öz igidliyi, düşmənə qarşı amansızlığı, dostlarına münasibətdə fədakar olan Qabil Şirvanov haqqında danışacağıq bu gün.

1969-cu il iyul ayının 17-də Biləsuvar rayonun Nəsimi kəndində Niftixan ata və Firuzə ananın daha bir oğlu dünyaya gəldi. Amma bu oğul uşaqlıqdan digər övladlardan seçildi. Elə valideynlərin Vətən yolunda müqəddəs şəhid qurbanı da övladlarının şahı olan Qabil oldu…

Vətənin dar günündə bütün qeyrətli oğul və qızlarımız kimi Qabil də bu seçilmişlərin dəstəsinə qoşularaq Qarabağın müdafiəsinə qalxdı. Müxtəlif cəbhələrdə döyüşən Qabilin igidliyi düşənin qorxulu yuxusuna çevrilmişdi. Hətta onun başına pul mükafatı da qoyulmuşdu.

Qabil bir neçə dəfə yaralansa da dərhal müalicə olunaraq yenidən cəbhəyə qayıdır. Qarabağ müharibəsinin ilk qığılcımımdan atəşkəs elan olunan qədər döyüşlərdə iştirak edən Qabil sonradan könüllü olaraq xidmətini davam etdirib. 1995-ci ilin may ayının 1-də növbəti kəşfiyyat zamanı 7 yoldaşının həyatını xilas edən Qabil  minaya düşərək şəhadətə qovuşur.

Bu gün Qabil onların arasında olmasa da döyüş dostları hər zaman onu xatırlayır, haqqında fəxrlə danışırlar.

Tarix
25 İyun 2019 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-25 15:14:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin