Bakıda "avtoş" şəhəri BİR-BİRİNƏ QATDI - VİDEO

YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisinə avtoxuliqanlıq edən 99 LE 781 dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovu saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib.

O təxminən 4 mülkü avtomobil və iki YPX maşınına ziyan vurub. Eyni zamanda işıqforda dayanam zaman yol patrul xidməti əməkdaşı açıq olan şüşədən əlini salaraq avtomobilin qapısını açmaq istəyib. Bu zaman Kamran Qasımov şüşəni bağlayaraq maşını sürüb. Nəticədə qırılan şüşə YPX inspektorunun əlini doğrayıb. Sürücünün narkotik vasitələrin təsiri altında olduğu ehtimalı yaranıb. O, müayinə olunmaq üçün Maştağada yerləşən tibbi müayinə mərkəzinə aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü saxlanılan zaman avtomobilində energetik içki və şpris aşkarlanıb. Hazırda sürücü Narkoloji Dispanserdə müayinə olunub. O, narkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib. Daha sonra isə onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndəriləcək.

Tarix
25 İyun 2019 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-25 15:01:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin