Ukraynanın AŞPA-dakı nümayəndə heyəti iclas zalını tərk edib

Ukraynalı deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı iclas zalını tərk ediblər. 

Buna səbəb qurumun yay sessiyası çərçivəsində iyunun 25-də qəbul edilən "AŞPA-nın hakimiyyət və səsverməyə dair qərarvermə prosesinin gücləndirilməsi" adlı qətnamədir.
Belçikalı deputat Petra De Sutterin hesabatı əsasında 118 nəfər lehinə, 62 nəfər əleyhinə və 10 nəfər bitərəf qalmaqla qəbul edilən sənəd AŞPA-ya ölkələri qurumdan çıxarmağa, yaxud fəaliyyətini müvəqqəti məhdudlaşdırmağa imkan vermir. Bu isə Rusiyaya qarşı qəbul edilmiş sanksiyaların aradan qaldırılması və nümayəndə heyətinin geri qayıtmasına yol açır.

Ukraynanın AŞPA-dakı nümayəndə heyəti də buna etiraz olaraq toplantını tərk edib və müzakirələrdə iştirak etməyəcəyini bildirib. Onların iyunun 26-da Avropa Şurası baş katibliyinə keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Aryev öz "Facebook" səhifəsində yazmışdı ki, ölkəsi Rusiyanın bu qurumda səlahiyyətləri bərpa olunacağı təqdirdə, onun işində iştirakını sıfra endirə bilər./report

Tarix
25 İyun 2019 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-25 15:03:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin