Umayra Tağıyeva: "İyunun 29-dək havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq"

14:42 - 25 İyun 2019 - ÖLKƏ İÇİ

"Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq". Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva qeyd edib ki, respublikanın rayonlarında, xüsusən də Aran rayonlarında da yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində davam edəcək.

O bildirib ki, iyunun 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq: "Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstəricisi yeniləndi. 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınıb. Keçən illə müqayisə etsək iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Keçən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub". ("Report")

Xəbər xətti