Bakıda 44 yaşlı kişi dənizdə çimərkən qəfildən ölüb

11:58 - 25 İyun 2019 - HADİSƏ

Bakıda 44 yaşlı kişi dənizdə çimərkən ölüb.

Hadisə Xəzər rayonu, Türkan qəsəbəsində çimərlikdə qeydə alınıb. Masallı rayon sakini Rəhim Mustafayev oğlu dənizdə çimən zaman qəfildən vəfat edib.

Araşdırma zamanı onun yüksək qan təzyiqindən beyninə qan sızması nəticəsində öldüyü məlum olub./report

Xəbər xətti