İlan sancması: vəziyyəti ağır olduğundan təcili Bakıya göndərildi

Şəkidə 30 yaşlı qadını ilan sancıb.

APA -nın şimal-qərb bürosunun məlumatına görə, iyunun 24-dən 25-ə keçən gecə rayonun Şorsu kənd sakini, 1989-cu il təvəllüdlü Gülnaz Qurban qızı Hacıəliyeva ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən bildirilib ki, G. Hacıəliyeva gecə saatlarında yaşadığı evin həyətyanı sahəsində maşından düşüb evə gedən zaman ilan qəfildən onun sağ ayağın pəncəsindən sancıb. G.Hacıəliyevaya xəstəxanada lazımi ilkin yardım göstərildikdən sonra vəziyyətinin ağır olması nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Tarix
25 İyun 2019 [09:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-25 09:19:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin