Beyləqanda meşənin içində narkotik plantasiyası aşkar olunub

Beyləqan rayonunda polis əməkdaşları əvvələr məhkum olunmuş şəxsdən 120-kq artıq narkotik götürüblər.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun meşə massivi ərazisində ümumi çəkisi 121 kq 350 qram olan, 300 ədəd narkotik tərkibli çətənə kollarından ibarət plantasiya aşkarlanıb.

Aparılan axtarış-əməliyyat zamanı məlum olub ki, çətənə kolları Qarayev Asim Ülvi oğluna məxsusdur.

Həmçinin, əraziyə baxış keçirilən zaman kolların xüsusi aqrotexniki qayda ilə becərildiyi məlum olub. Meşədə ağacların arasında becərilən kolların suvarılması üçün su kanalı, həmçinin çətənə kollarının qorunması üçün ərazidə xüsusi düzəldilən saxlanc yeri də aşkarlanıb.

Bundan başqa əraziyə baxış keçirilən zaman 3-kq yaxın qurudulmuş marixuana aşkar olunub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, A.Qarayev narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə yanaşı, satışı ilə də məşğul olduğu üçün məhkum həyatı yaşayıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır./oxu.az

Tarix
25 İyun 2019 [08:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-25 08:49:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin