Orta yaşlı qadını minik avtomobili vurub - Abşeronda

07:49 - 25 İyun 2019 - HADİSƏ

Abşeron rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsi, “Bağlar” yaşayış massivində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızını minik avtomobili vurub.

Yaralı sınıq xəsarətləri alıb. O, 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti