Dronlara görə aeroportun işi dayandırılıb

07:36 - 25 İyun 2019 - HADİSƏ

Sinqapurda beynəlxalq hava limanının işi bir neçə dron səbəbindən pozulub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, dronlar və pis hava şəraiti səbəbindən 7 reys ləğv olunub və 18-də gecikmə yaranıb. Bildirilir ki, aeroportun işi ehtiyat məqsədi ilə dayandırılıb.

Hazırda Sinqapurun Mülki Aviasiya İdarəsi hadisənin araşdırılması ilə məşğuldur.

Xəbər xətti