Zabratda kişi laqondayla özünə xəsarət yetirib

07:31 - 25 İyun 2019 - HADİSƏ

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində xəsarətlə nəticələnən hadisə baş verib. 1973-cü il təvəllüdlü Bayramov Bayram evdə laqonda işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir. ("Report")

Xəbər xətti