Rusiyanın "Lenta.ru" saytı Azərbaycan xalqından üzr istəyib

"Lenta.ru" informasiya portalında Rusiya Federasiyasında yaşayan azərbaycanlı qadınlar barədə "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlığı altında yazılmış məqalə saytdan çıxarılıb. Azərbaycanın Rusiyadaki səfirliyindən "Report"un Rusiya nümayəndəliyinə verilən məlumata görə, məqalə saytdan çıxarılıb və Azərbaycan xalqından üzr istənilib.

Məlumatda deyilir:

"Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Konstantin Dvoretskinin "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqaləsi ilə bağlı bildiririk ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilmişdir".

Nəzərinizə çatdıraq ki, "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqalə iyun ayının 23 dərc edilib.

Tarix
25 İyun 2019 [07:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-06-25 07:30:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin