Qazaxda 24 yaşlı gənc su anbarında boğuldu

19:49 - 24 İyun 2019 - HADİSƏ

Qazax rayonunda boğulma faktı qeydə alınıb. 

Hadisə rayonun Xanlıqlar kəndində baş verib. Dağkəsəmən kənd sakini Nəbiyev İlham Mirzə oğlu Kürçayının Ağstafa rayonu istiqamətindən keçən hissəsində, Ağstafa çay su anbarında boğulub. İlkin məlumatlara görə mərhum dostları ilə su anbarında üzürmüş. Bu zaman qəfildən gözdən itib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dalğıc Xilasetmə qurupu cəlb olunub və 24 yaşlı şəxsin meydi sudan çıxarılaraq ailəsinə təhvil veriib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açlıb, araşdırmalar davam etdirilir./baku.ws

Xəbər xətti